Sizin link burada

Türkiyə İsrail səfirini ölkədən qovdu

Bu gün İsrailin Türkiyədəki səfiri Eitan Naeh Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, səfirə Qəzzada baş verən olaylarla bağlı Türkiyənin etirazı çatdırılıb.

 

Eyni zamanda İsrail səfirinə bir müddət ölkəsinə qayıtmasının məqsədəuyğun olduğu bildirilib.

 

 

Qeyd edək ki, Qəzzada baş verən olaylarla bağlı Türkiyənin İsraildəki səfiri Kemal Ökem də məsləhətləşmələr üçün Ankaraya çağırılıb. K. Ökem bu gün təyyarə ilə Ankaraya gəlib.

 

Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyi dünən Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 60 fələstinli ölüb, 2 min 770-dən çox fələstinli yaralanıb.

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>