Sizin link burada

DÇ-2018: Bundestim mundial üçün heyəti açıqladı

Almaniya milli komandasının DÇ-2018 üçün ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yoahim Löv siyahıya 27 futbolçu daxil edib.

 

Təcrübəli mütəxəssis heyətə 4 qapıçı, 9 müdafiəçi, 9 yarımmüdafiəçi və 5 hücumçunun adını salmağı lazım bilib. Uzun müddət zədədən əziyyət çəkən qapıçı Manuel Noyer də Rusiyadakı mundiala yollanmağa namizədlərdəndi.

 

Qapıçılar: Bernd Leno, Manuel Noyer, Mark-Andre ter Şteqen, Kevin Trapp; 

 

Müdafiəçilər: Cerom Boatenq, Mattias Ginter, Yonas Hektor, Mats Hummels, Coşua Kimmix, Marvin Plattenhardt, Antonio Rudiger, Niklas Zöle, Conatan Ta; 

 

Yarımmüdafiəçilər: Yulian Brandt, Yulian Draksler, Leon Qoretska, İlkay Gündogan, Sami Hedira, Marko Roys, Toni Kroos, Məsut Özil, Sebastyan Rudi;

 

Hücumçular: Mario Qomes, Leroy Sane, Timo Verner, Tomas Müller, Nils Petersen.

LENT

19 İyul 2018

Digər xəbərlər >>>