Sizin link burada

Küsülü olan Aygün və Röyanı öz konsertində bir araya gətirdi - FOTOLAR

Dünən gecə azərbaycanlı rəqqasə Zara möhtəşəm konsert verib. Lent.az-ın məlumatına görə, rəqqasə gecəsinə dostluq etdiyi müğənnilər xalq artisti Aygün Kazımova, əməkdar artist Röya Ayxan, Zamiq, Miri Yusif, Sevda Yəhyayeva, Samir Bağırov və başqaları təşrif buyurub. Aparıcılığını Sərxan Kərəmoğlu və Afaq Gəncəlinin etdiyi gecədə səbəbkar fərqli rəqslərini təqdim edib. Bundan başqa rəqqasə konsert zamanı yeni klipini də nümayiş etdirib.

 

Konsertdən fotoları təqdim edirik:

 

LENT

21 May 2018

Digər xəbərlər >>>