Sizin link burada

Öldürdüyü dostunun atası: "O, ömür boyu əzab çəkəcək"

Barda dostunu öldürməkdə təqsirləndirilən1994-cü il təvəllüdlü Zaur Qasımovun məhkəməsi başlayıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə  prokuror ittiham aktını elan edib.

 

Zaur Qasımov ittihamla özünü qismən təqsirli bildiyini deyib. Z.Qasımov ifadəsində bildirib ki, mərhumla hadisədən bir həftə əvvəl dostu Xəyalla aralarında problem olub və onu söyüb:

 

"Barda işləyirdi. Təzə-təzə dostluğumuz yaranmışdı. Həmi  gün siqaret alıb onun yanına getdim. Bara gedəndə ondan su istədim. Dedi ki, gətirmirəm. Gördüm ki, mənə qarşı çönüb. Mübahisəmiz oldu. Birinci orda o məni söydü. Mübahisə edəndən sonra ayrıldıq. Bir müddət sonra fikirləşdim ki, gəlsin onunla danışıb bu məsələni aydınlaşdırım. Gözlədim ki, gəlsin. Yaxınlaşıb ona dedim ki, niyə belə etmisən? Qayıtdı ki, yaxşı eləmişəm. Orda da birinci mən onu söydüm və dava başladı. Cibindən bıçağı o çıxardı. Onu vuranda bıçaq əlindən düşdü. Bıçağı yerdən götürdüm üstümə gələndə də belə oldu. Onu öldürmək niyyətim yox idi. Bıçağı o mənim üstümə çıxardı. Bıçağı əlindən aldım. Səhv eləmirəmsə bircə dəfə vurdum. Çünki sonra bıçaq qırıldı. Yerə atandan sonra 3-4 dəqiqə də dava elədik".

 

 

Daha sonra mərhum Xəyal Məmmədovun hüquqi varisi kimi tanınmış, atası Qorxmaz Məmmədov ifadə verib.

 

O, ifadəsində təqsirləndirilən şəxsə və onun yaxınlarına qarşı xoşagəlməz ifadələr işlədib. Bu zaman məhkəmədə tərəflər arasında gərginlik yaşanıb. Hakim tərəflərə xəbərdarlıq edib.

 

Qorxmaz Məmmədov ifadəsinin davamında söyləyib ki, məhkəməyə gəlmək fikri olmayıb. O söyləyib ki, ötən prosesdə oğlunun tələbə yoldaşı məhkəməyə gəlib: " Onu heç vaxt bağışlamaram. Oğlumun dostunu göndərdim ki, məhkəmənin gedişatı ilə tanış olsun. Məhkəmədən sonra bura gələnlərdən biri ona yaxınlaşıb ki, bəs mən kriminal aləmlə əlaqəm var, nə bilim nə.  Buna burada nə cəza versələr də fərq etməz. Amma unutmasın ki, mənim, ailəmin göz yaşları, qarğışları onu bütün ömrü boyu izləyəcək. O bununla əzab çəkəcək".

Qeyd edək ki, qətl ötən  noyabrın 27-nə keçən gecə Bakının Sabunçu rayonunun İkinci Zabrat qəsəbəsində baş verib.

 

Qeyd edək ki, Zabrat sakini, 1994-cü ildə anadan olmuş Qasımov Zaur Akif oğlunun Naxçıvan sakini, 1995-ci il təvəllüdlü Məmmədov Xəyal Qorxmaz oğlunu münaqişə zəminində öldürüb. Hər iki şəxs bir-birilərini daha əvvəldən tanıyıb və İkinci Zabrat qəsəbəsində yaşayıblar. Hadisədən 10 gün əvvəl internet klubda onlar arasında mübahisə düşüb. Bu zaman gəncləri yaxınlıqdakı şəxslər sakitləşdirib. Bir neçə gün sonra isə onlar həmin ərazidə yenidən rastlaşıblar və Zaur Xəyalı kənara çağırıb. O, özü ilə gətirdiyi bıçaqla 22 yaşlı Xəyalın döş qəfəsinə öldürücü zərbə vuraraq qaçıb. Köməyə gələn şəxslər Xəyalı xəstəxanaya çatdırsa da, artıq gec olub.

 

LENT

23 May 2018

Digər xəbərlər >>>