Sizin link burada

Qarabağ atları üzərində atçılıq şousu Britaniya Kraliçasını valeh etdi - FOTOLAR

 

 
May ayının 10-13-ü tarixlərində Britaniya Kraliçası II Elizabetin doğum günü ərəfəsində təşkil olunan “Royal Windsor Horse Show” adlı tədbirdə Qarabağ atları üzərində hazırlanmış “Odlar Yurdu – Azərbaycan” adlı möhtəşəm şou proqram tədbir izləyicilərinə nümayiş etdirilib.   
 
 
Lent.az-ın məlumatına görə, 84 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti tərəfindən hazırlanmış möhtəşəm bədii kompozisiya tədbir izləyicilərinin diqqət mərkəzində olmuş, kütləvi informasiya vasitələrində və sosial mediada geniş işıqlandırılıb. 
 
 
Təsadüfi deyil ki, 1956-cı ildə II Elizabetə hədiyyə olunan ilk Qarabağ atı – “Zaman” Böyük Britaniyada Azərbaycanın qədim atçılıq mədəniyyətini ilk dəfə tanıdıb. 
“Odlar Yurdu – Azərbaycan” adlı bədii kompozisiyada Azərbaycan Respublikasının əməkdar artisti Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupunun ecazkar musiqi müşayiətinin sədaları altında məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin 20 süvarisi Qarabağ atlarının belində inanılmaz və möhtəşəm atçılıq məharəti nümayiş etdiriblər. 
 
 
Azərbaycanın əməkdar artisti Nicat Kazımovun quruluş verdiyi 12 dəqiqəlik proqramda əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblı, alov püskürən fakirlər qrupu və iki gənc rəssam öz bacarıqlarını göstəriblər. 
 
 
12 may 2018-ci il tarixində Azərbaycan nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Elizabetlə görüşmüş və Qarabağ atının tuncdan hazırlanmış heykəlini rəsmi hədiyyə olaraq təqdim edib.  

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>