Sizin link burada

Avropa Gənclər Olimpiya Festivalı ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. 

 

Lent.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, Avropa Gənclər Olimpiya Festivalının 2019-cu il 20-28 iyul tarixlərində Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

 

Təşkilat Komitəsinin sədri

 

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Təşkilat Komitəsi sədrinin müavini

 

Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri, 

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

 

Təşkilat Komitəsinin üzvləri

 

Yusuf Məmmədəliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri 

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının vergilər naziri

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziri

Ramin Quluzadə - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Ceyhun Bayramov - Azərbaycan Respublikasının təhsil naziri

Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Balababa Rzayev - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru

Vüsal Kərimli - Bakı Nəqliyyat Agentliyinin direktoru

Ülvi Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Ağacan Əbiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi

Xəzər İsayev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Azər Əliyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibinin köməkçisi

Fərid Mansurov - Olimpiya çempionu.

 

Təşkilat Komitəsi 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>