Sizin link burada

Kiyevdə mikroavtobus atəşə tutuldu

Ukraynanın paytaxtı Kiyevdə sərnişin mikroavtobusu atəşə tutulub.

 

APA-nın “112 Ukrayna”ya istinadən verdiyi xəbərə görə, insident yerli vaxtla saat 23:00 radələrində “Lesnaya” metro stansiyası yaxınlığında qeydə alınıb.

 

İlkin versiyaya əsasən, Kiyev-Brovarı marşrutu ilə hərəkət edən mikroavtobus pnevmatik və yaxud idman tapançasından atəşə tutulub.

 

Hadisə nəticəsində zərərçəkən olmayıb.

 

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>