Sizin link burada

Melanya Tramp əməliyyat olundu

ABŞ birinci xanımı Melanya Trampın böyrəklərində cərrahiyyə əməliyyatı aparılıb.

 

Lent.az-ın “oxu.az”a istinadən xəbərinə görə, bu barədə CNN məlumat yayıb.

 

“Xanım Tramp bu səhər xoşxassəli törəmənin müalicəsi üçün böyrək embolizasiya prosedurundan keçib. Prosedur uğurla yekunlaşıb, hər hansı fəsadlaşma meydana gəlməyib”, - deyə birinci xanımın ictimai əlaqələr üzrə direktoru Stefani Qrişem bildirib.

 

Rəsmi nümayəndə ABŞ birinci xamının bir həftəyə yaxın xəstəxanada qalacağını bildirib. Birləşmiş Ştatların prezidenti Donald Tramp yaxın zamanda həyat yoldaşına baş çəkməyi planlaşdırır.

 

Qeyd edək ki, aprel ayında Melaniya Trampın 48 yaşı tamam olub.

 

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>