Sizin link burada

Türkiyə İsrail və ABŞ-dakı səfirlərini geri çağırdı

Türkiyə Qəzza zolağında baş verən hadisələrlə əlaqədar İsrail və ABŞ-dakı səfirlərini geri çağırıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

 

O, sabahdan ölkədə 3 günlük matəm elan edildiyini bəyan edib.

 

Ərdoğan həmçinin bir sıra dünya liderləri, o cümlədən Fələstinin rəhbəri Mahmud Abbas və BMT Baş katibi Antoniu Guterreş ilə danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb.

 

Türkiyə prezidenti  İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplanmasının çağırılmasının zəruriliyini vurğulayıb.

 

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>