Sizin link burada

Bakı məktəblisi erməni idmançını məğlub etdi

 

Paytaxt məktəblisi Rusiyada boks üzrə beynəlxalq turnirdə I yerə layiq görülüb.
 
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, İdarənin tabeliyindəki 159 nömrəli tam orta məktəbin şagirdi Əhəd Rüstəmli  28 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qalib gəlib.
 
Ə.Rüstəmli final mərhələsində erməni idmançını məğlub edib. Turnirin ən yüksək kürsüsünə yüksələn Ə.Rüstəmli medal, diplom və kubokla təltif olunub.
 
Qeyd edək ki, boks idman növü ilə qısa müddət məşğul olmasına baxmayaraq, 10 yaşlı məktəbli ölkədaxili yarışlarda da böyük nailiyyətlər əldə edib.

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>