Sizin link burada

Xatunla Rəqsanə arasında QALMAQAL ALOVLANDI: "Toy davası"

Müğənni Xatun Əliyeva ilə Rəqsanə İsmayılova arasında olan qalmaqal yenidən alovlanıb. Lent.az-ın məlumatına görə, “Atv maqazin onlarla” verilişinə qonaq olan R.İsmayılova X.Əliyevanın ünvanına tənqidlər yağdırıb: “Bu qəşəng qaynana, qayınana mahnıları oxuyur. Bunların daha çox reklama ehtiyacları var. Bu xanımla heç bir problemim ola bilməz. Çünki bunlar hamısı məndən sonra sənətə gəlmiş insanlardır. Mən onların başlarında olan tük qədər albomlar buraxmışam. Azərbaycanda mahnılarım tutub. Bunlar mənim yanımda uşaqdılar. Söhbət toy davasıdır. Ev sahibi deyirsə, Xatunu yox, Rəqsanəni çağır, bu mənim günahım deyil. Mən heç kimin yanında toylara gedib müğənni olmamışam. Mən elə səhnəyə Rəqsanə olaraq gəlmişəm. Yaxşısı budur sən ritmik mahnılar oxu”.

 

Qeyd edək ki, iki müğənni arasında olan qalmaqal illərdir ki, davam edir. X.Əliyeva açıqlamasında bildirmişdi ki, R.İsmayılova onu dəvət aldığı toya gəlməyinin qarşısını aldırıb. Tərəflər arasında qalmaqal da bundan sonra alovlanmışdı.

 

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>