Sizin link burada

Azərbaycan qadınları haqqında sənədli filmin premyerası keçiriləcək

 

 
İsveçrə səfirliyi “Dəyişikliklərə cəsarəti çatan cümhuriyyət qadınları” sənədli filminin nümayişini elan etməkdən öz məmnunluğunu ifadə edir. Biz Azərbaycan tarixində
qadınların əhəmiyyətli rolu haqqında olan bu sənədli filmi İMAGİNE Avro Tolerantlıq Festivalına öz töhfəmiz kimi nümayiş etdirəcəyik.
 
 
Bu film 2018-ci ilin yazında tamamilə İsveçrə Səfirliyinin maliyyə dəstəyi ilə Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən hazırlanıb  və tamaşaçılara ilk dəfə olaraq 16 may 2018-ci ildə, saat 20:00-da Bakıdakı Yarat Müasir İncəsənət Mərkəzində göstəriləcək.
 
 
Giriş pulsuzdur, yerlər “birinci gələnə birinci xidmət olunur” prinsipi ilə tutulur.
 
 
Səmimiyyətlə hər kəsi dəvət edirik!
 
 
“Dəyişikliklərə cəsarəti çatan cümhuriyyət qadınları” sənədli filmi Azərbaycanda qadınlara səsvermə hüquqlarının verilməsinin 100 illiyinə həsr olunub və son əsrdə Azərbaycan qadınlarının vəziyyətini əks etdirir. Müxtəlif tarixi dövrlərə səyahəti təsvir edən bu filmdə diqqət ölkənin ən vacib tarixi məqamlarında qadınların verdiyi siyasi töhfələrə yönəldilir. Hər bir dövr üçün öz zamanının nümunəsi sayıla biləcək görkəmli qadınlar təqdim olunur. Hazırlanmasında xeyli nadir arxiv materiallarının da istifadə olunduğu bu məlumatlılığın artırılmasına yönəldilmiş film-səyahət bu gün qadınların hansı çətinliklərlə qarşılaşdıqları və onlar üçün 21-ci əsrdə hansı imkanların mövcud olması haqqında suallarla sona çatır.
 
 
Sənədli filmin nümayişi İsveçrə səfirinin iştirakı ilə keçiriləcək. Filmdən sonra RİQC-in sədri Şəhla xanım İsmayıl film haqqında məlumat verəcək və auditoriyanın suallarını cavablandıracaq.
 
 
Film Azərbaycan dilində ingiliscə subtitrlərlə göstəriləcək.

LENT

16 İyul 2018

Digər xəbərlər >>>