Sizin link burada

Gənc futbolcuları daşıyan mikroavtobus qəzaya düşdü: 1 ölü, 6 yaralı

Belarusda 16 yaşadək futbolçulardan ibarət Ukrayna yığmasını daşıyan avtobus qəzaya düşüb.

 

APA-nın BELTA agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Kamenetsk rayonunun Martınyuki kəndi ərazisində qeydə alınıb.

 

Gənc futbolçuları daşıyan “Reno” markalı mikroavtobus traktorla toqquşub. Qəza nəticəsində 2005-ci il təvəllüdlü yeniyetmə ölüb, daha 6-sı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.

 

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>