Sizin link burada

İndoneziyada yenidən partlayış oldu

İndoneziyanın Yava ştatında yaşayış binasında partlayış baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Sidoarco şəhərində yerləşən yaşayış kompleksində qeyd alınıb.

 

İlkin məlumata əsasən, mənzillərdən birində əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində biri yenieytmə olmaqla, 3 nəfər ölüb. Partlayış zamanı mənzildə olan iki uşaq sağ qalıb.

 

Qeyd edək ki, mayın 13-də İndoneziyanın Yava adasında yerləşən kilsələrdə törədilən partlayışlar nəticəsində 11 nəfərə çatıb, 40-dan çoxu yaralanıb.

 

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>