Sizin link burada

"Yuventus" dalbadal 7-ci dəfə İtaliya çempionu oldu

İtaliya A seriyasında 37-ci tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son günü çempionun adına aydınlıq gətirib.

 

“Roma” ilə görüşdə 1 xal qazanan “Yuventus” qızıl medalları təmin edə bilib. Turinlilər sona 1 tur qalmış “Napoli”ni 4 xal qabaqlayır.

 

Neapol təmsilçisinin “Sampdoriya” üzərində səfər qələbəsi də çempionluq şansını qorumaq üçün yetərli olmayıb.

 

Beləliklə "Yuventus" ardıcıl 7-ci dəf  İtaliya çempionu olub.

 

“Roma” – “Yuventus” - 0:0

“Sampdoriya” – “Napoli” - 0:2

 

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>