Sizin link burada

Rafael Ağayev 11-ci dəfə Avropa çempionu oldu

Serbiyanın Novi Sad şəhərində keçirilən karate üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, kumitedə 75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Rafael Ağayev final görüşündə Qabor Harspatakini məğlub edərək, çempion olub.

 

Beləliklə, Rafael Ağayev 11-ci dəfə qitə birinciliyinin qalibi adını qazanıb.

 

Rafael Ağayev karyerası ərzində beş dəfə dünya çempionatının, iki dəfə İslam Həmrəyliyi Oyunlarının, bir dəfə isə Avropa Oyunlarının qalibi olub.

 

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>