Sizin link burada

Koalisiya Suriyada əhalini bombaladı: 9 ölü

 

 

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın El-Hasaka əyalətinə endirdiyi aviazərbə nəticəsində 9 dinc sakin ölüb

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, zərbə El-Hasaka şəhərindən cənub-şərqdə yerləşən Hidaj kəndinə endirilib. Yerli televiziyanın məlumatına görə, raketlərin fərdi evlərə dəyməsi nəticəsində 4 uşaq və 5 qadın ölüb.  

 

Qeyd edək ki,  mayın 1-də ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın El-Hasaka əyalətindəki Əl-Fadel yaşayış məntəqəsinə endirdiyi aviazərbə nəticəsində 25 dinc sakin ölüb. Bundan bir gün əvvəl isə koalisiyanın Hama əyalətinə endirdiyi zərbə nəticəsində 38 nəfər ölüb, 57 nəfər yaralanıb.

 

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>