Sizin link burada

Bu gün "Eurovision"-un finalıdır

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı müsabiqəsinin finalı keçiriləcək.

 

Lent.az-ın məlumatına görə, finalda 26 ölkənin təmsilçisi mübarizə aparacaq. 

 

Birinci yarımfinalda Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, ikincidə isə Serbiya, Moldova, Macarıstan, Ukrayna, İsveç, Avstraliya, Norveç, Danimarka, Sloveniya və Niderland finala vəsiqə qazanıb.

 

Birbaşa finalda çıxış edəcək ölkələr Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və müsabiqənin ev sahibi olan Portuqaliyadır.

 

Qeyd edək ki, müsabiqədə ölkəmizi təmsil edən Aysel Məmmədova finala vəsiqə qazana bilməyib.

 

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>