Sizin link burada

Rusiyada meşə yanğınları tüğyan edir

Rusiyanın Uzaq Şərqində meşə yanğınlarının sahəsi son sutka ərzində 66,6 min hektara çatıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yeni meşə yanğınları Saxalin vilayətində qeydə alınıb.

 

Yanğınlar əsasən Amur, Xabarovsk, Krasnoyarsk və Zabaykalye diyarında baş verib.

 

Yanğınlardan ən çox Amur vilayəti zərər çəkməkdə davam edir. Burada meşə yanğınları son sutka ərzində 36,2 min hektar meşə sahəsini məhv edib.

 

Alovun söndürülməsinə 2600 canlı qüvvə, 550 ədəd texnika və 42 təyyarə cəlb olunub.

 

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>