Sizin link burada

(R) Beynəlxalq Bank Moskva Arbitraj Məhkəməsinin qərarına münasibət bildirdi

Azərbaycan Beynəlxalq Bankı Moskva Arbitraj Məhkəməsinin 
qərarına münasibət bildirdi
 
Azərbaycan Beynəlxalq Bankı (ABB) Moskva Arbitraj Məhkəməsinin bankla bağlı müvafiq qərarına aydınlıq gətirib.
 
 
Xatırladaq ki, adıçəkilən məhkəmə Rusiya Sberbankının Azərbaycan Beynəlxalq Bankına qarşı müraciətini qismən təmin edərək, onun “ABB-Moskva”nın nizamnamə kapitalındakı payının bir hissəsi üzərində hər hansı əməliyyat aparmasına müvəqqəti məhdudiyyət qoyub. 
 
 
Bankın açıqlamasına görə, sırf kommersiya mübahisəsi mahiyyəti daşıyan bu iddia Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə hər hansı şəkildə təsir göstərmir. Eyni zamanda, bank bu qərarı məhkəmə qaydasında mübahisələndirmək hüququna malikdir. 
2017-ci ilin 11 mayında Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası elan edilib. Restrukturizasiya prosesini tanıyan London məhkəməsi Böyük Britaniya ərazisində Azərbaycan Beynəlxalq Bankının aktivlərinə qarşı hər hansı iddia tələblərinə qarşı moratorium qoyub. 18 iyul 2017-ci il tarixində bankın restrukturizasiya olunan öhdəliklərinin 93.9%-ə malik kreditorlar restrukturizasiya planının lehinə səs verib. Beləliklə, könüllü restrukturizasiya prosesi 1 sentyabr 2017-ci ildə uğurla başa çatdırılıb. Kreditorlar müəyyən edilmiş sənədləşmə prosedurlarını yerinə yetirərək onlara təklif edilən müvafiq maliyyə alətlərini alıblar. Rusiya Sberbankı isə restrukturizasiya planı ilə razılaşmayaraq bu istiqamətdə hüquqi hərəkətlərə başlayıb. Restrukturizasiya planına uyğun olaraq Rusiya Sberbankına 16 milyon ABŞ dolları məbləğində qiymətli kağızlar təklif edilib. Bu bankın Azərbaycan Beynəlxalq Bankına qarşı əlavə iddia tələbinin ümumi məbləği isə 5 milyon ABŞ dolları civarındadır. 
 
 
Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Bankı “ABB-Moskva”nın fəaliyyətinin dayandırılmasına qərar verib və Rusiya bazarını tərk edir.
 

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>