Sizin link burada

Prezident Həsən Sadıqov haqqında sərəncam imzaladı

Prezident İlham Əliyev Həsən Sadıqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Şiralı oğlu Sadıqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>