Sizin link burada

UEFA “Qalatasaray”la bağlı qərarını verdi

UEFA “Qalatasaray”ı cəzalandırmayacaq. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu “sarı-qırmızılılar”ın prezidenti Mustafa Cengiz deyib.
 
 
O bildirib ki, komandanın gələn mövsüm avrokuboklarda iştirakında hər hansı bir problem olmayacaq: “UEFA-dan xəbər aldım. Avrokuboklara qatılmağımıza əngəl törədilməyəcək. Yəni avrokuboklardan kənarlaşdırılma cəzası almayacağıq. Yaxın günlərdə Cenevrəyə gedib bir müqavilə imzalayacam. UEFA-nın bizdən bəzi tələbləri olacaq. Bu tələblərə əməl etməklə avrokuboklara qatılacağıq”.
 
 
Qeyd edək ki, “Qalatasaray” Superliqada sona 2 tur qalmış turnir cədvəlinə başçılıq edir.

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>