Sizin link burada

Prezident Bakıda otel açılışında iştirak edib

Mayın 11-də Bakıda Dinamo otelinin açılış mərasimi keçirilib.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
 
Dövlətimizin başçısı və xanımı otelin rəmzi açılışını bildirən lenti kəsdilər.
 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış oldular.
 
Sonra Azərbaycan Prezidenti otelin kollektivi ilə görüşdü.
 
Sonda xatirə şəkli çəkdirildi.

LENT

23 May 2018

Digər xəbərlər >>>