Sizin link burada

Azərbaycanda bu dövlət qurumlarında milyonlarla pul səmərəsiz istifadə edilib - Palata

Hesablama Palatasının nəzarət tədbirləri ilə ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən edilib.
 
 
 
"APA-Economics"in məlumatına görə, bu barədə "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında" adlı hesabatda qeyd olunub.
 
 
 
Sənəddə bildirilib ki, ümumilikdə hesabat dövründə qurumlar tərəfindən 42 mln. 110,4 min manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi halları müəyyən edilib.
 
 
 
Hesablama Palatası bəyan edib ki, bu istiqamətdə qanunvericiliyin tələblərinin gücləndirilməsi ümumilikdə vəsaitin təyinatının dəyişdirilməsi hallarının azalmasına səbəb olub.
 
 
 
Bundan başqa, nəzarət tədbirlərinin nəticəsi olaraq Hesablama Palatası 26 qurum üzrə 92 halda 83,3 mln. manat məbləğində vəsaitin səmərəsiz istifadə edilməsinə imkan yaradıldığı qənaətinə gəlib.

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>