Sizin link burada

Aşıq Samirə ilə Aşıq Əli bu işə görə bir araya gəlib - VİDEO

Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, "Əməkdar mədəniyyət işçisi" Samirə Əliyeva həmkarı Əli Tapdıqoğlu ilə birgə yeni duetlərini təqdim ediblər. Lent.az-a açıqlama verən aşıq Samirə bildirib ki, musiqisi və sözü Aşıq Azaflı Mikayıla, aranjemanı Taleh Ağayevə məxsus “Azaflı himni” adlı mahnını duet oxuyublar: “Bu, bizim Əli ilə vətənpərvərlik mövzusunda olan 2-ci mahnımızdır. Bundan öncə aşıq Pənaha məxsus “Ana yurdum” adlı mahnını oxuduq. Vətənpərvərlik mövzusunda olan mahnılara müraciət etmək borcumuzdur. Kiminsə bostanına daş atmaq kimi çıxmasın, biz yalnız toy üçün çalışmırıq. Bizim üçün əsas sənətdir. Sənət olan yerdə hər şey olacaq. Şərt deyil ki, bayağı mahnı oxuyasan”.

 

Aşıq Əli də S.Əliyeva ilə yeni duetləri barədə təəssüratını bölüşüb: “Duetlərimizin ideya müəllifi Samirə xanımdır. Mahnılara quruluşu özü verir. “Azaflı himni”nin də ideya müəllifi və musiqi tərtibatçısı odur. Bu, çox köhnə bir mahnıdır. Xeyli vaxt idi ki, bu mahnıya müraciət olunmurdu. Ona görə də repertuarımıza daxil etdik. Həm də bu günümüzə uyğun mahnıdır. Aşıq sənətinə məxsus elə mahnılar var ki, onları bir-bir üzə çıxarsaq, bir ömür yetməz. Ona görə də Samirə xanımla qərara gəlmişik ki, çoxlarının unutduğu aşıq mahnılarını üzə çıxaraq və oxuyaq. Həm sənət naminə, həm də fəaliyyətimizin zəngin olması üçün. Düşünürəm ki,  Samirə xanımla birgə duetimiz pis alınmır”.

 

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>