Sizin link burada

Milli Məclisin xüsusi iclası keçirilib - YENİLƏNİB

Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr edilmiş iclası başa çatıb.

 

Millət vəkili Azay Quliyev deyib ki, Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən qurtarıb, Xalq Cümhuriyyətinin irsinə sahib çıxıb, müstəqilliyimizi əbədi edib.

 

Millət vəkili Nizami Cəfərov Heydər Əliyevin mədəniyyət siyasətinin mənən, ruhən Azərbaycanı yüksəltdiyini söyləyib: “Heydər Əliyev həm tarixi sərvətimiz, həm də gələcəyimizdir”.

 

Milli Məclisin vitse-spikeri Bahar Muradova qeyd edib ki, Heydər Əliyev cismən aramızda olmasa da, 15 il ərzində onun yada salınmadığı an olmayıb: “Biz Heydər Əliyev yoluna sadiq olmalıyıq. Heydər Əliyev sağlığında yalnız öyülmürdü, həm də kəskin tənqid edilirdi. Onu tənqid edənlərdən bəziləri bu gün parlamentdə oturan həmkarlarımızdır. Onlar bir zaman Heydər Əliyevə opponentlik edirdilərsə, bu gün buna ehtiyac görmürlər. Heydər Əliyev böyük azərbaycanlı olduğu üçün xırda nöqsanları bağışlayırdı. Heydər Əliyevin bütöv şəxsiyyət olması bir daha təsdiqini tapır. Bu gün parlamentdə zamanında  Heydər Əliyevə opponentlik etmiş şəxslər onunla bağlı fikir söyləmədilər. Nədən çəkinirsiniz?! Sosial şəbəkələrdən?”

 

B. Muradova Heydər Əliyevin zamanında iş keyfiyyətlərini nəzərə alaraq vəzifələrə təyin etdiyi bəzi insanların xəyanət yolu tutduqlarını söyləyib: “Təəssüf ki, həmin insanlar iş keyfiyyətinə görə vəzifələrə təyin edilsələr də, zamanla mənəvi keyfiyyətləri olmadıqlarını ortaya qoyublar. Heydər Əliyevin xatirəsinə isə hər zaman ehtiram göstəriləcək”.

 

Daha sonra Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

 

Bununla da, parlamentin xüsusi iclası başa çatıb.

 
 
*** 12.10
 
Bu gün Milli Məclisin xüsusi iclası başlayıb.
 
 
 
APA-nın məlumatına görə, iclas Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilib.

LENT

23 May 2018

Digər xəbərlər >>>