Sizin link burada

“Qocalıram, işim yoxdur, ər çörəyi yeyib, qane olmalısan” - Fatimə

Rəqqasə Fatimə Fətəliyeva  “Şou məkan” verilişinin qonağı olub. Lent.az-ın məlumatına görə, rəqqasə veriliş zamanı etiraflar edib. O, daxilən qocaldığını hiss etdiyini vurğulayıb:

“Düşünürəm ki, səs-soraq gələndə elə gəlməlidir ki, bu işinlə, təqdimatınla bağlı olsun. Bu dəqiqə insanların özlərinin problemləri var. Efirdə də bizim öz problemlərimizdən danışmağımız, onlara pis auramızı ötürməyimiz düzgün deyil.

Bu gün sən ər çörəyi yeyəcəksən. Buna qane olmalısan. Bu o demək deyil ki, özünü öldürməlisən. Bu, mənim həyat tərzimdir. Mən bunsuz yaşaya bilmərəm. Bu gün mənim işim yoxdur. Mənə depressiya gəlir. Başım ağrıyır, qocalıram, elə bilirəm daxilən 80 yaşım var”.

Kənardan ona qarşı ünvanlanan mənfi fikirlərin hər zaman olduğunu söyləyən rəqqasə, onu tamaşaçı sevgisinin ayaqda saxladığını da dilə gətirdi:

“Siz sizsiniz. Ona görə sizə hər zaman paxıllıqda edəcəklər, ayağınızın altını da qazacaqlar. Sizə neqativ sözlər də göndərəcəklər ki, ruhdan düşəsiniz. Mən düşünürəm ki, bu vaxta kimi tamaşaçı sevgisi bizi ayaqda saxlayıbsa, o zaman var olduğum müddətcə yaradacılığımı tamaşaçılara təqdim edəcəm”.

Əvvəllər qızı ilə şəkillərini paylaşan və bunun üçün heç bir maneə görməyən Fatimə, artıq övladının onun şəkil paylaşmasına qadağa qoyduğunu etiraf edib:

“Artıq qızımla şəklimi görə bilməzsiniz. Mümkün deyil. Əslində mən istəyərəm ki, olsun. Allah hamıya qismət eləsin. Gözəl-göyçək qızım var. Ağıllı, kamallı. Gizlətməyə bir qorxum da yoxdur. Sadəcə qızım böyüyüb. Onun öz həyatı, öz gələcəyi olduğuna görə görə belə istəyir. Mən heç yanda görünməməliyəm deyir. Oğlum, bəlkə, böyüyəndə deyəcək ki, mən də kameralardan uzaq olmaq istəyirəm. Amma inanmıram. Onda mənim xarakterim var. Çünki o indidən xoşlayır ”.

Fatimə ailəsinin məşhurluqdan uzaq və rahat həyat tərzini sevdiklərini dilə gətirsə də, deyəsən, rəqqasənin oğlu sənətə daha çox meyllidir:

“Mənim nə yoldaşım, nə qızım belə şeyləri sevir. Adi insan kimi yaşamaq istəyirlər. Amma oğlum rəqsi, performansı sevir. İndidən sənətə meyillənib”.

Yaxın dostlarının xına evi açmaq üçün ondan məsləhət aldığını etiraf edən Fatimənin həmin adamlara da sən demə, maraqlı cavabı olub:

“Mənim dostlarım var, salam verən  kimi deyirlər ki, istəyirik xına evi açaq. Deyirəm, mənlə dostluq etmək istəyirsənsə, get başqa işlə məşğul ol. İndi kim gəldi deyir ki, burda pul var. Elə xına evi açım ey. Vallah elə deyil. İşin içinə girəndə görürsən ki, çoxları kənara çəkilir”.

Bəzi kişi müğənnilərin onu başqalarına pisləməsi məsələsinə də toxunan rəqqasə, üzünü həmin insanlara tutub ürək sözlərini çatdırıb:

“Elə kişi müğənnilər var ki, mən onlara burdan deyirəm ki, ayıbdır, vallah, ayıbdır. Məni pisləyirlər. Deyirlər ki, rəqqasədir, onun xınadan nə başı çıxır. Gəlin hanısısa müğənniyə verək. Hansı ki, o müğənniylə dostdurlar. Allah hər kəsin ruzusunu verəcək. Xalqın gözü tərəzidir”.
 

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>