Sizin link burada

Komadan ayılan Ferqyusonun ilk sözləri...

Hemorragik insultdan (beyin qansızması) əziyyət çəkən və bu səbəbdən əməliyyat olunan Aleks Ferqyuson komadan ayılıb. Apasport.az saytının "The Sun"a istinadən məlumatına görə, Ser özünə gəldikdən sonra ilk olaraq qohumları ilə danışıb.
 
"Donkaster" necə oynadı? - Nəşrin iddiasına görə, Aleks Ferqyusonun komadan ayılmasının ardından yaxınlarına dediyi ilk sözlər bunlar olub.
 
Qeyd edək ki, İngiltərə birinci liqasında (üçüncü divizion) mübarizə aparan "Donkaster"i Aleks Ferqyusonun oğlu Darren Ferqyuson çalışdırır. "Donkaster" sonuncu turda "Uiqan"la qarşılaşıb və oyundan 0:1 hesabı ilə məğlub ayrılıb.

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>