Sizin link burada

Aysel "Eurovision"da ilk çıxışını etdi

Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.

 

APA-nın xəbərinə görə, Azərbaycanı təmsil edən Aysel Məmmədova səhnəyə  birinci çıxaraq "X my heart" mahnısını ifa edib.  

 

Birinci yarımfinalda 19 ölkə finala keçmək uğrunda yarışır. Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaq.  
 
 
 
Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr  - müsabiqənin bu ilki ev sahibi Portuqaliya və  Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

 

Bu il müsabiqəyə 43 ölkə qatılıb. "Eurovision-2018"-in ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.

 

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>