Sizin link burada

İnyestanın yeni klubu məlum oldu – 30 milyon dollarlıq müqavilə

“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta karyerasını Yaponiyada davam etdirəcək. Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, 33 yaşlı futbolçu “Vissel Kobe” klubu ilə anlaşıb.

 

 

“Barselona”nın titul sponsoru “Rakuten”in baş direktoru olan Hiroşi Mikitani həm də “Vissel Kobe”nin sahibidi. ESPN-in xəbərində anlaşmanın baş tutmasında Mikitani faktorunun böyük rol oynadığı qeyd olunub.

 

13 turdan sonra “Vissel Kobe” Yaponiya çempionatında 10-cu sırada qərarlaşıb.

 

Qeyd edək ki, Lukas Podolski də “Vissel Kobe”nin şərəfini qoruyur.

Müqavilə 3 il müddətinə nəzərdə tutulub. İnyestanın yeni iş yerində ilinə 30 milyon dollar qazanacağı bildirilir.

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>