Sizin link burada

® Azərbaycanda Oracle Günündə gələcəyi hiss et

 

 

Azərbaycanda fəaliyyət göstərən şirkətlərin rəhbərləri qeyd olunan biznes konfransda rəqəmsal dünyaya keçidi sürətləndirmək üçün ən qabaqcıl innovasiyalarla tanış olacaq.

 

Oracle şirkəti may ayının 15-də Bakıda Oracle Day 2018 tədbirinin keçiriləcəyini elan etdi. Konfransda Azərbaycanın İT sektorunun liderləri hazırki rəqəmsal dövrdə Oracle texnologiyaları ilə biznes modelləri dəyişmək və istənilən sahədə prosesləri optimallaşdırmaq yollarını öyrənəcək. Oracle şirkətinin Rusiya, Qazaxıstan, Mərkəzi Asiya və Qafqaz region üzrə rəhbəri Oleq Jukov tədbiri giriş sözü ilə açacaq və bütün qonaqları salamlayacaq. Daha sonra Oracle inzibatçıları və ekspertləri Azərbaycan şirkətləri üçün yeni proqramları və ən son innovasiyaları təqdim edəcək. İştirakçılar rəqəmsal dünyaya keçidi sürətləndirmək üçün ən qabaqcıl texnoloji innovasiyalarla tanış olacaq and məlumat emalının faydalarını öyrənəcəklər.

 

Biz hazırda elə bir dövrdə yaşayırıq ki, innovativ texnologiyaların, o cümlədən süni intellektin və maşın öyrənməsi, bulud texnologiyaları, proqnozlaşdırıcı analizlərin imkanları əvvəlki biznes modelləri, prosesləri və həlləri ilə bağlı mövcud stereotipləri məhv edir.  Daim yenilənmək istəyən müəssisələrin və liderlərin durmadan artan innovativ fotmatların olduğu bazarda qalması üçün biznes sahələrinin rolu nədən ibarətdir? Oracle Day proqramı günümüzün ən vacib suallarına cavab tapmağa kömək edəcək.

Rəqəmsal transformasiya artıq bir fakta çevrilməkdədir. Bir müddət öncə cəlbedici trend kimi qəbul etdiklərimiz artıq reallığa və biznesin idarə olunmasında yeni imperativə (məcburiyyətə) çevrilir. Buraya həm texnoloji həm də müəssisələrin idarəetmə modelinin dəyişməsi daxildir. Oracle-ın təşkil etdiyi konfransda İT sahəsində ən son trendlər əsas diqqət mərkəzində olacaq.

Bu il əsas mövzular aşağıdakılardır:

  • Oracle Database 18c-nin yeni xüsusiyyətləri və yeni inqilabi Avtonom Məlumat Bazası
  • Yeni Big Data həlləri və Business Intelligence (Biznes Analiz)Visual Analytics (Vizual Analitika) sahələrində innovasiyalar.
  • Məlumatların təhlükəsizliyi, o cümlədən məxfi sənədlərin kənar şəxslərə sızmanın, müəssisəyə aid məlumatların oğurlanmasının, qarşısının alınması və ya şəxsi məlumatların qorunması. Süni İntellekt və Maşın Öyrənməsi getdikcə daha çox inkişaf edir və analitiklər hesab edir ki, onlar bütün bazarlara təsir edəcək. Oracle bu sahədə ilk dəfə bu texnologiyanı kiber-təhlükəsizlikdə istifadə edir.

 

Oracle Günü Konfransında iştirak edin və Oracle-in bugün sizin gələcəyi necə dəyişdirdiyini öyrənin. Tədbirdə iştirak etmək üçün onlayn qeydiyyatdan

https://eventreg.oracle.com/profile/web/index.cfm?PKwebID=0x540874abcd&source=EMMK171123P00025:OW:ES:LV

keçin və konfransın təşkilatçılarından təsdiq alın.

 

 

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>