Sizin link burada

Talıb Tale nişanlısına görə qohumlarına əsəbiləşdi: "Sizə ar olsun"

Bir neçə gün öncə nişanlanan müğənni Talıb Tale əsəbiləşib. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, gələcək həyat yoldaşının şəkillərinin sosial şəbəkədə yayılmasından narazıdır. O, nişandan olan fotoların yayılmasına görə qohumlarını günahlandırıb: 

 

“İnstaqramda şəxsi həyatım barədə görüntülərə rast gəldim. Yəqin ki, bu paylaşımlar qohumlarmı, yaxınlarım tərəfindən olub. Baxmayaraq ki, heç kəs boynuna almır. Mən dəfələrlə qeyd etmişəm ki, şəxsi həyatımın gündəmə gəlməyini sevmirəm. Amma bunu etdilər. O insanlara ar olsun. Mənim sözümü yerə saldılar. Məsləhət olsaydı, özüm vaxtı gələndə paylaşım edərdim. Heç bir sayta şəxsi həyatım barədə açıqlama vermək istəmirəm”.

 

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>