Sizin link burada

Tanınmış futbolçu ürəyindən əməliyyat olundu

İspaniyanın "Atletik" futbol klubunun yarımmüdafiəçisi Raul Qarsiya Bilbaoda ürəyindən əməliyyat olunub.

 

APA-nın məlumatına görə, bu barədə “Marca” idman nəşri xəbər verib.

 

Məlumata əsasən, bundan əvvəl 31 yaşlı futbolçuya ürək ritminin pozulması diaqnozu qoyulub.

 

Həkimlər  R.Qarsiyada ürək anomaliyasını ilk dəfə 2016-cı ildə aşkar edib və məşqlərin intensivliyini azaldıblar. Buna baxmayaraq 2016/17-ci illər mövsümündə Raul Qarsiya 48 matçda iştirak edib və 14 qol vurub.   

 

Qeyd edək ki, Raul Qarsiya əvvəllər “Osasuna” və Madrid “Atletiko”sunun şərəfini qoruyub.

 

 

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>