Sizin link burada

Premyer Liqaya ikinci vəsiqənin sahibi bəlli oldu

 
İngiltərə Çempionşipdə mövsüm başa çatıb. Apasport.az saytının məlumatına görə, artıq yeni mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq ikinci komandanın da adına aydınlıq gəlib.
 
Uelsin “Kardiff Siti” klubu Çempionşipi ikinci pillədə başa vuraraq buna nail olub. Daha əvvəl isə turnirin qalibi “Vulverhempton” Premyer Liqaya yüksəlmişdi.
 
Qeyd edək ki, Premyer Liqaya sonuncu – üçüncü vəsiqənin sahibi “Fulhem”, “Aston Villa”, “Midlsbro” və “Derbi Kaunti” arasındakı pley-off matçlarından sonra müəyyənləşəcək.

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>