Sizin link burada

Fransa mundiala itki ilə gedəcək

Fransa milli komandasının futbolçusu Loran Koselni DÇ-2018-i buraxacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb müdafiəçinin zədələnməsidi.

 

İngiltərə “Arsenal”ında çıxış edən futbolçu ayağından xəsarət alıb. Avropa Liqasının yarımfinal mərhələsinin “Atletiko” ilə cavab matçında (0:1) zədələnən Koselni mövsümü başa vurmaqla yanaşı, Rusiyadakı mundiala yollana bilməyəcək.

 

Qeyd edək ki, 32 yaşlı müdafiəçi cari mövsümdə 37 oyunda 2 qol vurub.

 

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>