Sizin link burada

"2018-ci il sahibkarlar üçün keçid ili olacaq" - Vergilər Nazirliyi

“İqtisadi şəraitdən asılı olaraq kiçik sahibkar daha tez zərbə görən kateqoriyadır. Məhz bu səbəbdən kiçik sahibkar sinfində vergi sadələşdirilib”.

 

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə ) “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov deyib. Onun sözlərinə görə, kiçik sahibkarların əksəriyyətinin vergi dövriyyəsi 100 min manatdan aşağıdır.

 

“Kiçik sahibkarlara nəzarət tədbirinin çoxaldılması marağımızda deyil. Məqsədimiz kiçik sahibkar sinfindən orta sahibkar sinfinə keçidin stimullaşdırılmasından ibarətdir. 2018-ci il sahibkarlar üçün keçid ili olacaq. Bu dövr şərait yaradır ki, sahibkar  əməliyyatlarının hamısını bəyan edin. Bəyan edin ki, şəffaflığı təmin edək. Bu keçid dövründən səmərəli istifadə etmək lazımdır. İlin birinci yarısından hər kəs öz strategiyasını müəyyən etməlidir”,- deyə N.İmanov vurğulayıb.

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>