Sizin link burada

15 dövlətin vətəndaşlarına “ASAN Viza”lar veriləcək - SİYAHI

 

"Bu günə qədər 420 minə yaxın əcnəbiyə "ASAN Viza" sistemi vasitəsilə elektron viza verilib".

 

Bunu APA-ya müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.

 

"ASAN xidmət"in sədri bildirib ki, may ayının 15-dən başlayaraq 15 dövlətin - Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, İran, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur, Türkiyə, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına Azərbaycanın hava limanlarında “ASAN Viza”lar veriləcək.

 

 

Ü. Mehdiyev qeyd edib ki, 2017-ci ilin yanvar ayından "ASAN Viza" sistemi vasitəsilə əcnəbilərə 3 saat ərzində elektron vizalar verilir və bunun müqabilində 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.

 

 

 

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>