Sizin link burada

İlham Əliyev Tereza Mey ilə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev Londona səfəri çərçivəsində Böyük Britaniyanın baş naziri Tereza Mey ilə görüşüb.

 

Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə,  görüşdən sonra prezident İlham Əliyevin və baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli imzalayıblar.


 

Azərbaycan prezidentinin Böyük Britaniyaya səfəri bu gün başa çatıb. 

 

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>