Sizin link burada

® “İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya

Aprel ayının sonuncu həftəsinin dördüncü günü bütün dünyada “İKT-də qızlar” günü kimi qeyd olunur. Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) İKT sahəsində ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən 2010-cu ildə təsis edilib. Bunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə qadınların İKT sahəsində rolunun artırılmasına dəstək məqsədilə 55 №-li tam orta məktəbin yuxarı sinfinin qız şagirdlərinin İKT sahəsində peşəkar kadrların yetişdirilməsində xüsusi rolu olan ölkənin lider mobil operatoru Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiyası təşkil olunub. Ekskursiya zamanı Azercell-in Insan Qaynaqları Departamentinin əməkdaşları təqdimatlar keçirib, ölkəmizdə İKT sektorunda çalışan qadınların uğurlarından danışıb, onlara dəstək məqsədilə həyata keçirilən layihələrdən söz açıb; Tələbə Təqaüdü Proqramı, Təcrübə Proqramı, Yay-Qış məktəbləri barədə məlumat verib. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin əməkdaşları öz faəliyyəti, Startapların uğurları ilə məktəbliləri tanış edib. Tədbirin sonunda “İdea generation” mövzusunda seminar keçirilib. Bu seminar əsnasında məktəblilər qrup çalışması şəklində bir sahibkarın yanaşmasını öyrənərək innovativ prosesin təcrübəsini əldə ediblər.

Məlumat üçün bildirək ki, Qabaqcıl Texnologiyalar sahəsində daim öncül olan Azercell Telekom qadınların İKT sahəsinə cəlb olunması və onların bu istiqamətdə inkişaf etməsi məqsədilə müxtəlif layihələr həyata keçirir. Layihələr çərçivəsində İT sahəsində çalışan xanımlar üçün müxtəlif proqramlar, görüşlər keçirilib, onlara İT əsasları, LİNUX, CİSCO, ORACLE kimi proqramlar haqqında seminarlar təşkil olunub.

Qeyd edək ki, Barama Mərkəzi fəaliyyətdə olduğu 9 il ərzində 70-dən çox startap layihəyə dəstək olub, onlardan 45-i uğurlu biznes qurub.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz         

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.  

 

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>