Sizin link burada

Ramil Usubov polis əməkdaşlarına göstəriş: "Etik qaydalara əməl edin"

 

Aprelin 26-da Daxili İşlər Nazirliyində prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqindən irəli gələn və qarsıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş naziryanı geniş əməliyyat müşavirəsi keçirilib. Lent.az DİN-in saytına istinadən xəbər verir ki, nazirliyin baş idarə, idarə və şöbə, həmçinin  paytaxtın, Sumqayıt şəhərinin və Abşeron rayonunun polis orqanlarının, təhsil müəssisələrinin rəislərinin, nizami hissə komandirlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari il aprel ayının 11-də keçirilmiş seçkilərdə seçicilərin 86,02 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə İlham Əliyevi şəxsi heyət adından təbrik edib.

 

Tədbirdə qarşıda duran vəzifələrin həllində həmçinin kadrlarla işin nümunəvi təşkilinin böyük əhəmiyyət kəsb etdiyi, son 15 ildə əməkdaşların peşə, fiziki və mənəvi-psixoloji hazırlıqları sahəsində lazımi tədbirlərin ardıcıl olaraq həyata keçirildiyi və bu sahədə müsbət nəticələrin əldə edildiyi iştirakçıların nəzərinə çatdırılıb. Ərazi orqanlarında və nizami polis hissələrində mənəvi-psixoloji mühitin daha da yaxşılaşdırılması, şəxsi heyətin Heydər Əliyev ideallarına, Azərbaycançılıq məfkurəsinə, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.

Müzakirələrdə çıxış edən baş idarə, idarə və ərazi polis orqanlarının rəisləri görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, əməliyyat-xidməti fəaliyyətdə buraxılan bir sıra nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlərdən danışıblar. 

Sonda nazir, general-polkovnik R.Usubov daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, ölkədə sabitlik, təhlükəsizlik, fundamental insan hüquq və azadlıqları bundan sonra da etibarlı qorunacaq, qanunla müəyyən edilmiş vəzifələr və qarşıya qoyulmuş bütün tapşırıqlar tam həcmdə yerinə yetiriləcək.

 

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>