Sizin link burada

Bakıda cinayətkar qrupun üzvü tutuldu

Aprelin 11-nə keçən gecə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonunun M.Cəlal küçəsindən Bakı şəhər sakini Mirməhəmməd Bəhrəmzadəyə məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görülmüş tədbirlərlə avtomobil həmin gün Goranboy rayonunun Əhmədabad kəndində Baş Dövlət Yol Polisi İdarəsi və Goranboy RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, onu qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Nəcəfov polis əməkdaşlarına təhvil verilib. 

19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən qrupun digər üzvü – Məhəmməd Miriyev də saxlanılıb. Araşdırmalarla onun  Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olduğu, həmçinin aprelin 11-də Bakı şəhər sakini Rövşən Hüseynova məxsus “VAZ-2106” markalı avtomobili qaçırması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>