Sizin link burada

Ermənistanın yeni baş naziri mayın 1-də seçiləcək

 

 
 
 
Ermənistan parlamentinin üzvləri mayın 1-də xüsusi sessiyaya çağırılıb.
 
 
Lent.az tert.am-a istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin sədri Ara Babloyan məlumat verib. Onun sözlərinə görə, xüsusi sessiyada fraksiyaların baş nazirliyə namizədləri açıqlanacaq. Ondan sonra səsvermə keçiriləcək.
 
 
Ən çox səs qazanmış və 33 faizlik baryeri aşmış namizəd baş nazir kürsüsünə seçiləcək. Əgər ilk turda baş nazir müəyyənləşməsə, ən güclü iki namizəd arasında mübarizə aparılacaq.
 
 
Qeyd edək ki, aprelin 23-də Ermənistanın keçmiş baş naziri Serj Sarkisyan küçə hərəkatı iştirakçılarının sərt tələbləri qarşısında duruş gətirməyərək istefa verib.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>