Sizin link burada

Sarkisyan Ermənistanın hakim partiya sədrliyindən də getdi

Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyanhakim Respublika Partiyasının sədrliyindən də istefa verib.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, partiyanın mətbuat xidmətinin yaydığı açıqlamada deyilir ki, partiya daxilində sədrin dəyişdirilməsi barədə müzakirələr başlayıb.

 

Məlumata əsasən müzakirələr zamanı Serj Sarkisyan baş nazir postundan getməsinin səbəbini izah edib, ölkədə sülh və stabillik naminə sədr vəzifəsindən də istefa verdiyini açıqlayıb.

 

 

Partiyaya hələlik yeni sədr seçilməyib.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>