Sizin link burada

Maska taxıb quldurluq edən yeniyetmələr ələ keçdi – AZƏRBAYCANDA

Azərbaycanda quldurluq etmiş yeniyetmələr tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Boladi kənd sakini olan qadın gecə saatlarında yaşadığı evə pəncərədən girmiş 3 maskalı şəxsin onunla rastlaşdıqda pul vermələrini tələb etdiyini, pulu olmadığına görə onların aradan çıxdıqlarını bildirib. 

 

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkldə şübhəli bilinən kənd sakinləri olan 3 yeniyetmə saxlanılıb.

 

Araşdırmalar zamanı saxlanılanların ev sahibini bıçaqla hədələmələri də müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>