Sizin link burada

Rayona toya gedən bacılar dəhşətli hadisə ilə üzləşdi - TƏFƏRRÜAT

Dünən Ağdaş rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Bakı-Qazax magistralının 271-ci  kilometrliyində - Qaradeyin kəndi ərazisində yol kənarına aşan avtomobildəki şəxslər Bakıdan Yevlaxa toy mərasiminə gedirmiş. Belə ki, 53 yaşlı Faidə Məmmədova bacısı, 1956-cı il təvəllüdlü Alidə Cəfərova və digər iki qohumu ilə magistralda “Kia” markalı avtomobillə hərəkətdə olarkən qəfil qəza baş verib. idarəetmədən çıxan avtomobil yolun kənarına aşıb. Ön oturacaqda əyləşən və kəməri taxmayan A.Cəfərova ağır xəsarətlər alaraq hadisə yerində vəfat edib.

 

Qəza zamanı arxa oturacaqda olan 2 uşaq ciddi xəsarət almayıb. Sürücü isə xəstəxanaya yerləşdirilib.

 

Araşdırma aparılır.

 

 

*****

 

11:22

 

Ağdaş rayonu ərazisində ağır yol qəzası baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 25-də saat 9 radələrində Ağdaş rayonunun Qaradeyin kəndi ərazisində Bakı şəhər sakini Faidə Məmmədova idarə etdiyi “KİA” markalı avtomobili aşırıb. Nəticədə onun sərnişinlərindən bacısı Alidə Cəfərova hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Araşdırma aparılır.

 

LENT

23 May 2018

Digər xəbərlər >>>