Sizin link burada

Yeni sədr kollektivə təqdim olunub - FOTO

Bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovu kollektivə təqdim edib. Lent.az-ın məlumatına görə, yeni sədr haqqında qısa məlumat verən Ramiz Mehdiyev bildirib ki, Prezident İlham Əliyev Fuad Muradovu qəbul edərək ona konkret tapşırıqlarını verib. O deyib ki, gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir.
 
Daha sonra Dövlət Komitəsi barədə danışan R. Mehdiyev qurumun fəaliyyətini tənqid edib, nöqsanlara yol verildiyini vurğulayıb. O, indiyədək yol verilmiş nöqsanların Fuad Muradovun rəhbərliyi ilə aradan qaldırılacağına ümid etdiyini bildirib.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 21 aprel 2018-ci il tarixli  sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilən Fuad Muradov kimya elmləri üzrə fəlsəfə doktorudur.
 
Son təyinatadək Milli Məclisin Gənclər və idman komitəsinin sədri vəzifəsində çalışan Fuad Muradov Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi Qruplarının üzvü, Azərbaycanın “Avronest”dəki nümayəndə heyətinin rəhbəri olub.
 

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>