Sizin link burada

AŞPA-dan Türkiyəyə seçkilərlə bağlı ÇAĞIRIŞ

Avropa Şurası Parlament Assambleyası ( AŞPA) Türkiyəni 24 iyun növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb.
 
 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün qəbul edilən qərarda səbəb olaraq bu seçkilərin Avropa kriteriyalarına uyğun olmayacağı göstərilib.
 
 
 
Qeyd olunub ki, siyasi partiyalara seçkilərə uyğunlaşmaq və hazırlaşmaq üçün qısa müddət verilib. Həmçinin qərarda seçki qanunvericiliyinin seçki tarixindən üç ay əvvəl dəyişdirilməsinin Venesiya komissiyasının tövsiyələrinə zidd olduğu xatırladılıb.
 
 
 
Türkiyənin baş naziri Binəli Yıldırım isə buna münasibət bildirərək seçimi Türkiyənin edəcəyini deyib: "AŞPA öz işinə baxsa, yaxşı olar. Seçimi Türkiyə edəcək. Türkiyədə seçkilər demokratik şəraitdə keçirilir".

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>