Sizin link burada

Toya gedən şəxslər qəzaya düşdü: 2 nəfər ölüb

Şəmkirdə ağır yol qəzası baş verib.
 
 
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.
 
 
 
Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.
 
 
 
İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
 
 
 
Faktla bağlı araşdırma aparılır.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>