Sizin link burada

FETÖ-nün gizli şifrəsi aşkarlandı: “Gəlin, çay içək”

Fətullahçı Terror Qruplaşmasının (FETÖ) həbs olunan üzvləri terrorçuların  təcili toplaşmaq qərarı verilərkən xüsusi şifrələrdən istifadə etdikləri məlum olub.

 

Lent.az Milliyet-ə istinadən xəbər verir ki, bunu ötən gün istintaqda ifadə verən FETÖ üzvləri deyib ki, müəyyən imamların başçılıq etdiyi təşkilat üzvlər “vhatsaap” və telefon zəngləri ilə bir-birilərinə “gəlin, çay içək” şəklində xəbər yollayırlarmış. Bu ifadə “təcili toplaşmaq əmri verilib” – şəklində başa düşülürmüş.

 

 

Bundan başqa, dövlət idarələrində çalışan şəxslərin hədiyyə maaş paketlərinin də hissə-hissə Pensilvaniyaya göndərildiyi məlum olub.

 

 

Qeyd edək ki, FETÖ terror qruplaşması və onun rəhbərliyi Türkiyə Ədalət Məhkəməsi tərəfindən 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilir.

LENT

23 May 2018

Digər xəbərlər >>>