Sizin link burada

Adam bıçaqlayan iki qardaşa HÖKM OXUNDU

Adam öldürməyə cəhddə təqsirləndirilən iki qardaş Kamran və İmran Yusifzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmü ilə K.Yusifzadə 13 il, qardaşı İ.Yusifzadə isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Qeyd edək ki, hadisə ötən il Bakının Suraxanı rayonu ərazisində baş verib. Rayonun Hövsan qəsəbəsində, "Hövsan" marketin qarşısında yerləşən bərbərxanada qəsəbə sakini, 1990-cı il təvəllüdlü Səlimov Rəhman İlham oğlu Kamran və qardaşı İmran Yusifzadə ilə mübahisə edib.

 

Hər iki qardaş mübahisə nəticəsində R.Səlimovu bıçaqlayıb. Onlar R.Səlimova bir neçə bıçaq zərbəsi endiriblər. Hadisədən sonra hər iki qardaş saxlanılıb.

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>